Главная » 2010»Апрель»13 » Ferrari karton və plastikdən hazırlanan modelin istehsalına hazırlaşır
20:42
Ferrari karton və plastikdən hazırlanan modelin istehsalına hazırlaşır
Ferrari şirkəti ötən il karton və plastikdən hazırlanmış FXX Millechili konseptini təqdim etməklə çoxlarını təəccübləndirdi. İtaliya şirkəti bu yolla öz imicini ətraf mühitin mühafizəçilərinin nəzərində yüksəltməyə cəhd edir. Ferrari mütəxəssislərinin bioyanacaq və hibrid güc aqreqatlarından istifadə barədə bir qədər əvvəl söylədikləri fikirlər çoxları tərəfindən ciddi qəbul edilməmişdi.
Lakin bu yaxınlarda bəlli oldu ki, Millechili konsepti yeni superkar üçün – çəkisi bir tona yaxın olan iki yerlik yüngül avtomobil üçün baza rolunu oynayacaq. Yeni avtomobil 600 at gücünə malik olan V10 mühərriki ilə təchiz olunacaq. Yeni Ferrari-ni modifikasiya olunmuş alüminium F430 raması üzərində yığmaq planlaşdırılır. Avtomobilin istehsalına 2010-cu ildə başlanılacaq. Cəmi 300 belə avtomobil istehsal olunacaq. Onun qiyməti isə 500.000 ABŞ dollarından başlayacaq.
Ferrari təmsilçilərinin sözlərinə görə, yeni model Enzo modelinin uğurlarına kölgə salmayacaq. Flaqmanı əvəz edəcək yeni model eksperimental FXX modelinin bazasında hazırlanacaq. Yeri gəlmişkən, bu avtomobil daim dəyişikliklərə uğrayır. Məsələn, sonuncu modifikasiya olan FXX Evoluzione modeli 6,2 litr həcmli 860 at gücünə malik (fırlanma dövrəsi 1 dəqiqədə 9500 dövrə) V12 mühərriki ilə təchiz olunub.