XhOs GeLmISiZ
salam Гость
Группа "Гости"

Ana Səhifə

Bölmələr

CHAT

200
Sorğu

İnternetdən istifadə edirəm
Всего ответов: 294
Ətraflı Statistika
 

$COUNTER$

Hal Hazirda Saytda 1
Qonaq 1
Istifadəçi 0
SiZI REKALM
Главная » 2010 » Апрель » 14 » Bilirsinizmi
00:06
Bilirsinizmi
 
Siz nə vaxtsa davamlı inkişaf haqqında eşitmisinizmi? Bu mövzu bir çox müxtəlif konfrans və müzakirələrin əsas mövzusudur. Bəs görəsən bu mövzu niyə bu qədər vacibdir? Təxminən 200 il bundan əvvəl təbii nemətlərə olan tələbatların artması sənayenin güclü inkişafına gətirib çıxarmışdı. Bu isə öz növbəsində elm və texnikanın daha da geniş inkişaf etməsinə səbəb olmuşdu. Bununla yanaşı, Yer kürəsində əhalinin sayı sürətlə artmağa başlamışdır. Məsələn, 1804-cü ildə Yer kürəsində əhalinin sayı 1milyard, 1960-cı ildə 3 milyard və 1999-cu ildə isə 6 milyarda çatmışdır. Əhalinin sayı nə qədər çox artarsa, insanların təbii ehtiyatlara olan tələbatı da bir o qədər artır. Bütün bunlar təbiətə mənfi təsir göstərməklə biomüxtəlifliyin məhv edilməsi ilə nəticələnir. Belə bir vəziyyətdə insanlar təbii ehtiyatlardan istifadənin başqa yolları barədə düşünməyə başladılar. 1992-ci ildə 114 dövlət başçısı və 1600 qeyri - hökümət təşkilatlarının başçıları Rio-de-Janeyro şəhərində görüşərək, "Ətraf mühitin mühafizəsi və davamlı inkişaf” qətnaməsini qəbul etdilər. Davamlı inkişaf təbii ehtiyatların elə məqsədyönlü istifadəsidir ki, bu təbii ehtiyatlar gələcək nəsillər üçün də kifayət qədər qalmalıdır. Əgər biz bu qanuna əməl etməsək, böyük ekoloji fəlakətlə üzləşə bilərik. O zaman ağaclar çiçəkləməyəcək, nəfəs almaq çətinləşəcək, biz quşların gözəl nəğmələrini eşidə və mavi səmanı bir daha görə bilməyəcəyik. Bunun üçün əziz dostlar gündəlik həyatınızda təbiətə ziyan verməməyə və onun hər bir ehtiyatından səmərəli istifadə etməyə çalışın! Maraqlı faktlar 1. Sakit okeanda yeni "ada” peyda olub. "Ada” 3 milyon ton plastik tullantılardan yaranıb. Plastik tullantılar 10 il ərzində burda toplanıb. Onun forması aysberqə bənzəyir və kütlənin 70%-i okeanın dibindədir. Plastik tullantılar okean sakinləri üçün çox təhlükəlidir. Plastik kütlələrin kiçik hissələri ilə qidalanan balıqlar və məməlilər zəhərlənirlər, hətta ölürlər. Təsdiq edilmişdir ki, hər il 10000-ə qədər heyvan (delfin və balina kimi su heyvanları) plastik zəhərlənmədən ölürlər. 2. Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur. 3. XIX-XX əsrlərdə insanlar tərəfindən təxminən 20%-ə qədər ekosistem dağıdılmışdır və indi bu 63.8%-ə çatmışdır. 4. Xerasimada atom partlayışı zamanı ətraf mühitə yayılan radionukleoidlərin miqdarı 740 q olmuşdur. Amma Çernoblda atom partlayışı zamanı isə bu 77kq olmuşdur. 5. Müəyyən edilmişdir ki, CD pleyerlər və diskotekalar orqanizm üçün zərərlidir. Skandinaviya alimləri müəyyən etmişlər ki, hər beşinci yeniyetmədə eşitmə problemi mövcuddur. CD pleyerlərin yaratdıqlar səs 100-114 dBA arasındadır (dBA səsin ölçü vahididir). İnsanlar üçün maksimal səs limiti 100dBA –dən çox olmamalıdır. Diskotekalarda isə səs 80-100 dBA arasında olur. 6. 2007-ci ildə 700-dən çox yeni növ və organizmlər aşkar olunmuşdur. Surinamda (Afrika) 24 növ, Vyetnamda 11 növ, Hindistanda 1 növ, Ugandada 1 növ, Madagaskarda 1növ, Sumarta və Borneoda da 1 yeni növ tapılmışdır. 7. 1600-cü ildən bəri 100-dən çox quş növünün nəsli kəsilmişdir. XX-ci əsrdən bəri faunadan hər gün 1 növ, floradan isə hər həftə 1 növ yox olur. İlk dəfə olaraq dodo (Raphus cucullatus) quşunun nəsli kəsilmişdir. Fikrinizi bildirməyi unutmayın
Категория: Maraqlı | Просмотров: 923 | Добавил: HaCkEr_LiFe | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtaris
Teqvim
«  Апрель 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yeni İstifədəçilər
Dostlar?m?z
  •  
  • Sizin reklam burda ola bil?r
    Z?ng edin:
    050-383-27-30
  • SiZi ReKlAm