XhOs GeLmISiZ
salam Гость
Группа "Гости"

Ana Səhifə

Bölmələr

CHAT

200
Sorğu

İnternetdən istifadə edirəm
Всего ответов: 294
Ətraflı Statistika
 

$COUNTER$

Hal Hazirda Saytda 1
Qonaq 1
Istifadəçi 0
SiZI REKALM
Главная » 2010 » Апрель » 7 » Ariqlamaq ucun en uyqun movsum payizdi
01:23
Ariqlamaq ucun en uyqun movsum payizdi

Aclıq olsun…

Payız arıqlamaq üçün ən uyğun mövsümdür. Artıq çəkidən azad olmaq və cavanlaşmaq istəyənlər daha cəsarətli addım ata bilərlər: monoyükləmə. Monoyükləmənin prinsipi çox sadədir - sutka ərzində müəyyən azkalorili qida yeyərək bir neçə kiloqram arıqlamaq, sağlam üz dərisinə malik olmaq. Amma yüklənmiş gün bitən kimi üçqat kalorili qida və pəhriz zamanı, əvvəl və sonra çoxlu maye qəbul etmək olmaz.

1. Almalı monopəhriz

24 saatlıq monoyükləmənin düzgün keçməsi üçün 1 kiloqram almanı 5 bərabər hissələrə ayırıb gün ərzində yeyin. Axşam yeməyinə 1 stəkan şəkərsiz çay içə bilərsiniz. Alma pəhrizi piylənmə, hipertoniya, ateroskleroz, xroniki nefrit (böyrəyin iltihabı) və poliartrit xəstəliyi zamanı xeyirlidir. Əgər mədə şirəsinin turşuluq dərəcəsinin artıqlığından əziyyət çəkirsinizsə, sizə alma yemək olmaz. Bu pəhrizi həftədə 1-2 dəfə və ya altı gün müddətində saxlaya bilərsiniz. 6 gün saxladığınız müddətdə, I gün 1; II gün 1,5; III-IV günlər 2; V gün 1,5; VI gün 1 kq alma yeməlisiniz.

2. Üzümlü monopəhriz

Bu pəhrizi 3-7 gün tuta bilərsiniz. 3 günə siz artıq çəkidən azad olacaq, 7 günə orqanizminizi təmizləyəcək, mədə və bağırsaqların işini yaxşılaşdıracaqsınız. Üzümü 300 q olmaq şərti ilə porsiyalara bölün və hər 3 saatdanbir yeyin. Həmçinin üzüm kokteyli də hazırlaya bilərsiniz - 2 stəkan üzüm şirəsini 20 ml tomat pastası, sürtgəcdən keçirilmiş bir ədəd kök, 20 ml portağal şirəsi, 10 ml limon şirəsi ilə qarışdırıb üzərinə bir çimdik üyüdülmüş cövüz səpin. Bu cür pəhriz damarlar üçün çox xeyirlidir, həmçinin üz dərisinin rəngini təravətləndirir. Bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar monopəhriz üçün başqa giləmeyvə seçsələr yaxşıdır.

3.Kartoflu monopəhriz

Səhər yeməyinə 1 stəkan süd için, nahara 300 q kartof püresi, şam yeməyinə kartof salatı (200 q kartof və 1 ədəd yumurtanı qaynadın, doğrayı duzlayın, azca sirkə, bitki yağı əlavə edin) yeyin. Bu pəhriz günə 500 q arıqlamağa kömək edir. Kartof pəhrizini 1 aydan tez olmayaraq 3-5 gün tutun.

4. Bananlı monopəhriz

3 gün ərzində hər dəfə aclıq hiss edəndə 2-3 ədəd banan yeyin. Bir şərtlə ki, başqa heç nə yeməyəsiniz. Yoxsa arıqlamaq əvəzinə kökələcəksiniz. İçməyə yalnız şəkərsiz yaşıl çay olar. Nəticə: günə 1 kq arıqlayacaqsınız. Başqa arıqlama üsullarından fərqli olaraq burada dəri sallanmır və qocalmır. Düzdür, sonra banan görəndə ürəyiniz bulanacaq. Amma çəki uzun müddət geri qayıtmır. Həmçinin orqanizm şlaklardan (orqanizmdə olan zərərli maddələr) təmizlənir. Bu pəhrizi 1-2 həftədə bir dəfə saxlamaq məsləhətdir.

Gavalı

Gavalı qədim zamanlardan dietik və müalicəvi xüsusiyyətləri ilə məşhurdur. O, su və duz artıqlarını yox edir ki, bunun da dolu və yaşlı adamlara böyük xeyri var. Payızda gavalı pəhrizi tutmaq məsləhətdir. Yüngül yemək rasionuna (sutkada 1200 kkal) 200 q təzə gavalı əlavə edin. Bu cür qida rejimini 10-15 gün davam etdirin. Gavalı pəhrizi dərini təmizləyir və artıq kilolardan azad edir.

Səhər saat yeddidə…

(Axşam saat 6-dan sonra yemək kökəlməyə səbəb olurmu?)
Bəzi pəhrizlərdə axşam saat 6-dan sonra yemək qəti qadağandır. Əksər insanlar isə məhz bu vaxt aclıq hiss edirlər. Acqarına yuxuya getmək çətin olur. Dietoloqlar qeyd edirlər ki, axşamtərəfi insan orqanizmi elə də aktiv olmur və kaloriləri əridə bilmir. Əslində isə hansı saatda qidalanmağınızın fərqi yoxdur. Əsas odur ki, gün ərzində qəbul etdiyiniz qidanın çəkisinə diqqət yetirəsiniz. Orqanizm artıq kaloriləri piyə çevirir. Ona görə də yatmamışdan qabaq nəsə yemək qərarına gəlmisinizsə, əvvəlcə gün ərzində neçə kalori yediyiniz haqqında düşünün. Çalışın başqa işlə məşğul olanda, məsələn, televizora baxanda, krossvord həll edəndə, kompüter arxasında yemək yeməyin. Mətbəxdə və ya yemək otağında yesəniz, fikriniz yeməkdə olacaq və yediyinizin miqdarına fikir verəcəksiniz.

Категория: Pehriz | Просмотров: 5203 | Добавил: _ADMINKA_ | Рейтинг: 3.5/2
Всего комментариев: 2
2 Geranboy  
0
Heeeeeee

1 cemile.model  
0
men

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtaris
Teqvim
«  Апрель 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yeni İstifədəçilər
Dostlar?m?z
  •  
  • Sizin reklam burda ola bil?r
    Z?ng edin:
    050-383-27-30
  • SiZi ReKlAm