XhOs GeLmISiZ
salam Гость
Группа "Гости"

Ana Səhifə

Bölmələr

CHAT

200
Sorğu

İnternetdən istifadə edirəm
Всего ответов: 294
Ətraflı Statistika
 

$COUNTER$

Hal Hazirda Saytda 1
Qonaq 1
Istifadəçi 0
SiZI REKALM
Главная » 2010 » Апрель » 14 » 16:10 Unsuz Şokoladlı Tort
00:52
16:10 Unsuz Şokoladlı Tort

 

Əgər şokoladı sevirsinizsə, onda mütləq bu tortu bişirməlisiniz. Əsl şokolad röyasıdır. Bu tort qısa müddətdə hazırlanıb bişirilir. Bunun üçün sizə yalnız 3 növ ərzaq lazımdır: şokolad, yağ və yumurta. Maraqlıdır ki, tortun tərkibində un yoxdur.

Tort yüngül tortlardan deyil, amma olduqca ləzzətlidir. Amerikada məşhur olan brauniləri hatırladır, amma daha yumuşaq və qatıdır. Əgər istəyirsinizsə, tortun arasina cem ve ya krem de çəkə bilərsiniz, amma məncə buna gərək yoxdur, çünki tort daha da ağır olar. Bu tort adətən yanında və ya üstündə dondurmayla servis edilir. Beləliklə, dondurma bir növ kremi əvəz edir və tortu yünğülləşdirir
UNSUZ ŞOKOLADLI TORT
Orijinal resept Chef Wanin "Sweet Treats” kitabından götürülmüşdür
Hazırlama müddəti: 20 dəqiqə
454 q iri doğranmış yarı-şirin şokolad (plitka)
146 q iri doğranmış duzsuz kərə yağı
5 iri yumurta
<!--[endif]-->Tortu istədiyiniz şəkildə olan tort formasında bişirə bilərsiniz. Ölçüləri təxminən 15 cm X 18 cm, 18 cm X 18 cm olan formalardan istifadə edə bilərsiniz. Əgər nəfərlik tortlar bişirmək istəyirsinizsə, onda kiçik formalardan istifadə edib, ayrı-ayrı bir neçə kiçik tort bişirin.

1. Şokoladı və kərə yağını istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı və yağı əridin. Sonra qabı alınan kütlənin soyuması üçün kənara qoyun.

 


 

.Tort formasının dibini və kənarlarını azacıq yağlayın. Dibinə kalka kağızı sərin və onun da azacıq yağlayın.

3. Yumurtanın ağını sarısından ayırın və iki ayrı qaba qoyun.

4. Yumurtanın ağını mikserlə köpüklənib ağaranadək çalın

 



 

. Sonra ayrı qabda olan yumurtanın sarısını da mikserlə çalın.

6. Çalınmış yumurtanın sarısını soyumuş şokolad olan qaba əlavə edin.

7. Yumurtanın ağını da tədricən bu qaba əlavə edib yaxşıca qarışdırın. Alınan kütlədəı ağ köpüklər qalmamalıdır.


 


 

8. Kütləni hazırladığınız tort formasına tökün. 190C dərəcəlik sobada 25 dəqiqə ərzində bişirin. Bişmiş tortun üstü çatlamış olmalıdır. İçərisinə kibrit batırıb çıxartdığınızda isə kibrit bir qədər islak olmalıdır. Sobada ikən tort şişəcək, oradan çıxdığında isə yatacaq - bu normaldır.

10. Keks öz formasında 10 dəqiqə ərzində soyuduqdan sonra, onu formadan çıxardın. Üztünə şəkər kirşanı səpin. İstəyə görə, şokoladlı qlazur da tökmək olar. Dondurma ilə süfrəyə verin.


 
Категория: Maraqlı | Просмотров: 962 | Добавил: HaCkEr_LiFe | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtaris
Teqvim
«  Апрель 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yeni İstifədəçilər
Dostlar?m?z
  •  
  • Sizin reklam burda ola bil?r
    Z?ng edin:
    050-383-27-30
  • SiZi ReKlAm